AÇ-nin tarixinə düşən gürcü oyunçu “Monako”ya keçir

AÇ-nin tarixinə düşən gürcü oyunçu “Monako”ya keçir

Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsində 3 qol vuran yeganə hücumçu olmaqla tarixə düşən Gürcüstan yığmasının forvardı Georges Mikautadze Fransada klubunu dəyişəcək.

Hazırda “Metz”də çıxış edən oyunçu “Monako”ya keçəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Knyazlıq təmsilçisi 23 yaşlı forvardla şəxsi şərtləri razılaşdırıb. “Monako” Avropa çempionatı bitmədən transferi rəsmiləşdirmək istəyir.

Qeyd edək ki, futbolçunun “Metz”lə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

"Cebhe.info"