Müdafiə üçün 500 milyard avro lazımdır

Müdafiə üçün 500 milyard avro lazımdır

Avropa İttifaqınin (Aİ) növbəti 10 il ərzində müdafiə üçün əlavə 500 milyard avroya ehtiyacı var. 

“Cebhe.info” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Aİ-nin Brüsseldə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

O, "Hər şeyi nəzərə alsanız və ictimai məlumatlara əsaslansanız, növbəti 10 il ərzində əlavə 500 milyard avroya ehtiyacımız var", -deyib. Onun sözlərinə görə, bu pul həm Aİ-yə üzv ölkələrin büdcələrindən, həm də Aİ fondlarından maliyyələşmə hesabına əldə edilə bilər.

Xəzər
“Cebhe.info”