I Qarabağ müharibəsi şəhidi dəfn olundu - FOTOLAR

I Qarabağ müharibəsi şəhidi dəfn olundu - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və naməlum əsgər kimi dəfn olunan Fəqan Misir oğlu Yaqubovun meyitinin qalıqları Tərtər rayonuna gətirilib.

"Cebhe.info" xəbər verir ki, şəhidin nəşi doğulduğu Tərtər rayonunun Sarıcalı kəndində ailəsinə təhvil verilib. Şəhidlə yaxınları və rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirilib. O, Sarıcalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Fəqan Misir oğlu Yaqubov 1992-ci il avqustun 8-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb. 

"Cebhe.info"