Almaniya Malidən qoşunlarını çıxaracaq

Almaniya Malidən qoşunlarını çıxaracaq

Almaniya bu ilin iyununda Malidən kontingentini çıxarmağa başlayacaq.

Cebhe.info xəbər verir ki, bu barədə “Spiegel” jurnalı mənbələrə istinadən yazıb.

Məlumata görə, Almaniya hökumətinin əvvəlki qərarına əsasən, geri çəkilmə 2024-cü ilin iyun ayının əvvəlinə qədər başa çatmalıdır.
Lakin jurnal qeyd edib ki, bu, uzun müddət tələb edir.

Həmçinin bildirilib ki, bütün əmlak böyük aerodromu olan qonşu Nigerə daşınacaq, sonra isə onlar təyyarə ilə Almaniyaya çatdırılacaq.
Xatırladaq ki, daha əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirmişdi ki, hökumət öz qoşunlarını vaxtından əvvəl - 2024-cü ilin may ayından çıxarmaq imkanını nəzərdən keçirir.

Sevinc Tapdıqqızı
Cebhe.info