Almaniya uzun illərdən sonra Türkiyəyə bunu etdi

Almaniya uzun illərdən sonra Türkiyəyə bunu etdi

Almaniya Türkiyəyə 40 ədəd “Eurofighter” qırıcısının satışının ilkin təsdiqini nəzərdə tutan sənədi imzalayıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, razılaşmanın təsdiqindən sonra konsorsium ölkələrinin nümayəndə heyəti bu həftə Ankarada texniki danışıqlara başlayıb. 

Bu görüşlərdə prosesin mərhələləri, pilot təlimi, texniki xidmət proqramlarının necə həyata keçirilməsi və bir çox texniki məsələlər müzakirə olunub.

Bundan əvvəl Türkiyənin müdafiə naziri Yaşar Gülər Almaniyanın döyüş təyyarələrinin satışının qarşısını aldığını bildirmişdi.

“Türkiyə İngiltərə və İspaniya ilə danışıqlar yolu ilə 40 “Eurofighter” almaq üçün səylərini davam etdirir. Onlar Almaniyanı razı salmağa çalışırlar” - Yaşar Gülər belə deyib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”