Almaniyanın vitse-kansleri Ukraynaya səfər edib

Almaniyanın vitse-kansleri Ukraynaya səfər edib

Almaniyanın vitse-kansleri Robert Habek Ukraynaya səfər edib.

Modern.az UNIAN-a istinadən xəbər verir ki, o, paytaxt Kiyevdədir.

Vitse-kanslerin səfərinin əsas məqsədləri Rusiyanın Ukraynanın enerji sektoruna kütləvi hücumları, Almaniyanın bu şəraitdə Ukraynaya yardımı və Ukrayna iqtisadiyyatının güclənməsi ilə bağlı məsələlər olub.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

"Cebhe.info"