Avropa İttifaqı 14-cü paketdə Kadırovun anasına sanksiya tətbiq edib

Avropa İttifaqı 14-cü paketdə Kadırovun anasına sanksiya tətbiq edib

Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiya paketi çərçivəsində Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırovaya qarşı sanksiyalar tətbiq edib.

Bu barədə TASS məlumat yayıb.

İzahatda deyilir ki, o, ukraynalı uşaqların yenidən təhsil alması üçün “proqramın həyata keçirilməsi” və "xüsusi əməliyyatda" (Ukraynaya qarşı müharibə Rusiyada belə adlanır - red.) iştirak edən çeçen döyüşçülərinin ailələrinə kömək etdiyi üçün sanksiya siyahısına salınıb.

Qeyd edək ki, sanksiya paketində digər şeylərlə yanaşı, 116 fiziki və hüquqi şəxsə qarşı şəxsi sanksiyalar da yer alıb. 

"Cebhe.info"