Avstraliya ABŞ-nin 51-ci ştatı ola bilər

Avstraliya ABŞ-nin 51-ci ştatı ola bilər

Avstraliyanın keçmiş baş naziri Paul Keating İngiltərə və ABŞ ilə AUKUS müqaviləsinin Avstraliyanı ABŞ-nin 51-ci ştatına çevirəcəyini müdafiə edib.

"Cebheinfo.az" xəbər verir ki, Avstraliyada “ABC” telekanalına danışan Keating ABŞ, İngiltərə və Avstraliyanın daxil olduğu və nüvə sualtı texnologiyası sahəsində əməkdaşlığı nəzərdə tutan AUKUS müqaviləsinin ölkəsini hədəfə çevirdiyini bildirib.

ABŞ-nin müqavilə çərçivəsində bütün Avstraliyada bazalar açacağını ifadə edən Keating, "AUKUS-un əsas məqsədi Avstraliya üzərində hərbi nəzarət qurmaqdır. Sonda nə olacağını bilirsinizmi? Avstraliya ABŞ-nin 51-ci əyalət olacaq" deyib.

Avstraliyanın özünü müdafiə edə biləcəyini ifadə edən Keating, "ABŞ-nin arxasında asılan bir cüt ayaqqabı olmağa ehtiyac yoxdur" deyib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Avstraliya ABŞ və Böyük Britaniya ilə nüvə sualtı texnologiyası sahəsində əməkdaşlığı nəzərdə tutan AUKUS müqaviləsini imzaladı.

Nigar Hacılı 
"Cebheinfo.az"