BAEA rəhbəri: “Zaporojye Atom Elektrik Stansiyasını qorumaq artıq mümkün deyil”

BAEA rəhbəri: “Zaporojye Atom Elektrik Stansiyasını qorumaq artıq mümkün deyil”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi martın 29-da Enerqodarda yerləşən Zaporojye Atom Elektrik Stansiyasına (AES) səfərinin yekunları barədə danışıb.

Onun sözlərinə görə, obyektin ətrafında Rusiya hərbçilərinin sayı artıb və stansiyanın müdafiəsi artıq mümkünsüzdür.

“Aydındır ki, bu bölgədə hərbi fəallıq artır. Ona görə də elektrik stansiyasını qorumaq artıq mümkün deyil”, - deyə o qeyd edib.

Qrossi vurğulayıb ki, BAEA ekspertlərinin 2022-ci ilin sentyabrından stansiyada olmasına baxmayaraq, vəziyyət “qeyri-sabit” olaraq qalır.

Xatırladaq ki, bu, Rusiyanın Ukraynanı işğal etməsindən sonra BAEA-nın baş direktoru Rafael Qrossinin Enerqodara ikinci səfəri idi. O, ciddi nüvə təhlükəsizliyi və obyektdəki təhlükəsizliklə bağlı vəziyyəti şəxsən qiymətləndirmək istəyib.

Cebhe.info