Bağçalı: “DEM Partiyası bağlanmalıdır”

Bağçalı: “DEM Partiyası bağlanmalıdır”

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı son açıqlaması ilə diqqətləri üzərinə çəkib.

“Cebhe.info” xəbər verir ki, siyasətçi DEM Partiyasının bağlanmasını təklif edib.

O, sözügedən partiyanı sərt şəkildə tənqid edib:

“Türk bayrağını qəbul etməyən şərəfsizlərin Türkiyə Cümhuriyyəti vətəndaşlığından dərhal çıxarılması və əmlaklarının müsadirə edilməsi lazımdır. Həmçinin, DEM Partiya barəsində bağlanılma qərarı verilməlidir. Bütün bunlar tarixə, əcdada, vətənə və millətə namus borcudur”.

Elmir Mustafa
“Cebhe.info”