Belçikalı nazir dünya ölkələrinə çağırış edib

Belçikalı nazir dünya ölkələrinə çağırış edib

Belçikanın inkişaf əməkdaşlığı naziri Caroline Gennez ölkələri Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (“UNRWA”) maliyyələşdirməsini davam etdirməyə çağırıb.

"Cebhe.info" xəbər verir ki, Gennez "X" sosial media hesabında İsrailin “UNRWA”-ya qarşı iddialarını paylaşıb.

Sözügedən iddiaların “dəlilsiz ciddi ittihamlar” olduğunu vurğulayan Gennez, ölkəsinin “UNRWA”-ya hər zaman vəsait ayırmağa davam etdiyinə diqqət çəkib.

Xatırladaq ki, Belçika ötən həftə “UNRWA”-ya çoxillik maliyyə dəstəyi paketini qəbul edib və 2024, 2025 və 2026-cı illər üçün 27,5 milyon avro dəyərində humanitar yardım göndərəcək.

Nigar Hacılı 
"Cebhe.info"