Bələdiyyə sədri dayısını qanunsuz tikinti işlərinə görə cərimələdi

Bələdiyyə sədri dayısını qanunsuz tikinti işlərinə görə cərimələdi

Türkiyədə keçirilən sonuncu yerli seçkilərdə Türkiyə Fəhlə Partiyasının (TİP) qalib gəldiyi yeganə yer olan Hatayı vilayətinin Samandağ rayon bələdiyyəsində maraqlı hadisə yaşanıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TİP-dən olan bələdiyyə sədri Emrah Karaçay dayısını qanunsuz tikinti işləri apardığı üçün 27 min lirə cərimələyib.

Safi Meydan adlı sakin qanununu pozaraq ərazidə yarımtikili inşa edib. Bələdiyyə onu cərimələyib.

Məlum olub ki, cərimələnən Safi Meydan Samandağ bələdiyyəsinin sədrinin dayısıdır.

"Cebhe.info"