Benində neft anbarında baş verən yanğında 34 nəfər həlak olub

Benində neft anbarında baş verən yanğında 34 nəfər həlak olub

Beninin şərqində neft anbarını əhatə edən yanğında azı 34 nəfər həlak olub.

Bu barədə rəsmi qurumlar məlumat yayıb. Bundan əvvəl Benin xəbər portalı Beninwebtv 30-a yaxınşəxsin öldüyünü bildirmişdi.

Yanğın Nigerlə sərhəddəki Seme Krak şəhərindəki bazarda baş verib. Bazarda kustar üsulla istehsal olunan benzin anbarı yanıb.

Yerli hakimiyyət orqanları şəhərə dəymiş ziyanın həcmini müəyyənləşdirir.

Cebhe.info