Bir ayda 1800 nəfər öldürülüb

Bir ayda 1800 nəfər öldürülüb

İsrail ordusunun Qəzza zolağının şimalında son bir ayda həyata keçirdiyi hücumlarda 1800 nəfər həyatını itirib, 4 min nəfər yaralanıb, yüzlərlə insan isə itkin düşüb.

"Cebheinfo.az" xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada belə deyilir.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 3 hücumda 33 nəfərin həyatını itirdiyi, 156 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 43 min 374-ə, yaralıların sayı isə 102 min 261-ə yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"