Bir gündə 25 faizi məhv olacaq- BÖYÜK TƏHLÜKƏ

Bir gündə 25 faizi məhv olacaq- BÖYÜK TƏHLÜKƏ

Güclü maqnit qasırğaları zamanı Yer səthindən 40-90 kilometr aralıda qütblərin üstündəki ozon təbəqəsi cəmi bir gündə 25% məhv ola bilər. Bu səbəbdən günəş radiasiyasının axını arta bilər.

Cebhe.info-nun məlumatına görə, Sankt-Peterburq Dövlət Universitetinin alimləri belə qənaətə gəliblər.

“Biz aşkar etdik ki, qütb atmosferində geomaqnit pozğunluqları zamanı radikalların konsentrasiyası artır. Bu, gün ərzində mezosferin yüksəkliklərində ozonun məhvinə gətirib çıxarır. Təxminən 75 kilometr yüksəklikdə aşkar etdiyimiz maksimum dağıntı 14-25% təşkil edib. Maqnitosfer qasırğaları bu səthdə mövcud ozonun dörddə birini məhv edə bilər”, - deyə Sankt-Peterburq Universitetinin nümayəndəsi İrina Mironova bildirib.

Ozon təbəqəsi Yer səthindən 10-40 kilometr hündürlükdə stratosferdə yerləşir. O, Günəşdən gələn zərərli ultrabənövşəyi radiasiyadan qoruyur.

Ozon təbəqəsi nazikləşdikdə günəş radiasiyasının səviyyəsi yüksəlir. Bu, insanlar üçün zərərlidir, çünki dəri xərçəngi riski artır, bitkilər və heyvanlar məhv ola bilər.

Mütəxəssislər hesab edilər ki, tədqiqatın nəticələri Yerin iqlimini proqnozlaşdırmaq və radiodalğaların yayılmasını təhlil etmək üçün faydalı olacaq.

Xəzər
Cebhe.info