"Bloomberg": “Ərdoğan NATO sammitinə dəvət olunmamalıdır”

"Bloomberg": “Ərdoğan NATO sammitinə dəvət olunmamalıdır”

“NATO liderləri Skandinaviya ölkələrinin alyansa üzvlüyünü təsdiqləməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təzyiq göstərməlidir”.

Cebhe.info xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Bloomberg” nəşri məqalə yayımlayıb.

Məqalədə Türkiyə “inadkar ölkə” adlandırılıb:

“Türkiyənin inadkarlığı sadəcə İsveç və Finlandiyanın üzvlük hədəflərini təhlükəyə atmır, həm də Avropanın təhlükəsizliyini risk altına alır. Hazırda Finlandiya və İsveç Rusiya təzyiqinə qarşı ciddi şəkildə müdafiəsiz vəziyyətdədirlər”.

Nəşr Türkiyəyə qarşı sərt tələblərlə çıxış edib:

“Ən gec 18 mayadək Finlandiya və İsveçin üzvlüyünü təsdiqləməsi üçün Ərdoğana təzyiq göstərmək lazımdır. Əgər Türkiyə müqavimət göstərsə, ABŞ Konqresi Ankaraya “F-16” qırıcıların satışını dayandıraraq cavab verməlidir. NATO Türkiyənin birgə hərbi təlimlərdəki iştirakını azaltmalı və iyun ayında keçiriləcək sammitə Ərdoğan dəvət olunmamalıdır. Həmçinin, Türkiyənin NATO-dan çıxarılması da masada olmalıdır”.

Elmir Mustafa
Cebhe.info