Bu ölkədə yeni epidemiya elan edildi

Bu ölkədə yeni epidemiya elan edildi

Konqo Respublikasında paytaxt Brazzavil də daxil olmaqla 5 bölgədə “M pox” (mpox) xəstəliyinin aşkarlanmasından sonra epidemiya elan edilib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Konqo Respublikasının Səhiyyə Naziri Gilbert Mokoki açıqlama verib.

İndiyə qədər 19 yoluxma halı qeydə alındığını, ölüm olmadığını vurğulayan Mokoki, ictimaiyyəti şübhəli hallardan və heyvanlarla yaxın təmasdan qaçmağa çağırıb.

Endemik virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan mpox iki növə bölünür: Konqo və Qərbi Afrika növləri.

Adətən heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.

Qeyd edək ki, 28 noyabr 2023-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı stiqma və irqçiliklə bağlı narahatlıqları əsas gətirərək virusun meymunçiçəyi əvəzinə "mpox" adlandırıldığını açıqlayıb.

Nigar Hacılı
"Cebhe.info"