Çində torpaq sürüşməsi nəticəsində 11 nəfər itkin düşüb

Çində torpaq sürüşməsi nəticəsində 11 nəfər itkin düşüb

Çində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ən azı 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb.

"Cebhe.info" xəbər verir ki,  Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qinqyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib.

Çinin cənub bölgələrində həftə sonundan bəri təsirli olan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

Quandun əyaləti başda olmaqla bir çox bölgəni vuran daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 6 nəfər xəsarət alıb.

Şaoquan şəhərində 6, Qingyuan şəhərində isə 5 nəfər itkin düşüb, axtarışları davam edir.

Şiddətli yağışların təsirinə məruz qalan bölgələrə təxminən 19,4 milyon dollar ziyan dəydiyi bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"