Cinpin Putini Çinə dəvət edib

Cinpin Putini Çinə dəvət edib

Çin sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini ölkəsinə səfərə dəvət edib.

Cebhe.info TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı S.Cinpin Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə açıqlayıb.

Onun sözlərinə görə, dünən rusiyalı həmkarı ilə görüşündə onu ona uyğun bir zamanda Çinə səfər etməyə dəvət edib.

Cinpin, həmçinin iki ölkə arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün Mişustini də Çinə dəvət etdiyini qeyd edib. Mişustin isə öz növbəsində dəvəti qəbul edib.

Cebhe.info