Dəhşətli qasırğada möcüzəvi şəkildə sağ qaldı

ABŞ-ın Texas əyalətində təsirli olan "Beril" qasırğası tam şiddətini davam etdirərkən, 1 yaşlı körpə yük maşını sürücüsü tərəfindən magistral yolun kənarında tapılıb.
"Cebhe.info" xəbər verir ki, Luiziana dairəsi şerifinin verdiyi məlumata görə, "möcüzəli körpə" dörd yaşlı qardaşının ölü tapılmasından və anası Missisipidə həbs edildikdən bir gün sonra bir yük maşını sürücüsü tərəfindən yolun kənarında sürünərkən tapılıb.
Yerli məmur deyib:
“Beril qasırğası bazar ertəsi səhər tezdən Texasın şərqini vurub və çox güclü küləklərin təsiri altında uşağın axtarışları davam etdirilib. Bu uşaq bu havada iki gün magistralın kənarında qalıb”.
Körpənin bədənində çoxlu həşərat dişləmələri olduğuna baxmayaraq, əksinə vəziyyətinin yaxşı olduğu bildirilib. Yol kənarında tapılan körpənin 4 yaşlı qardaşı bu yaxınlarda Texas yaxınlığındakı göldə ölü tapılıb.
Dörd yaşlı uşağın ölümünü araşdıran səlahiyyətlilər, uşağın anası Aaliyah Jack və qardaşı ilə sonuncu dəfə şənbə günü görüldüyünü öyrəndiklərini açıqlayıb. Digər tərəfdən, ana Aaliyah Jack itkin övladı barədə səlahiyyətlilərə məlumat vermədiyi üçün həbs edilib.
Nigar Hacılı
"Cebhe.info"