Dmitri Medvedyev Ukraynanı hədələdi

Dmitri Medvedyev Ukraynanı hədələdi

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası ərazisində törətdikləri terror aktına görə layiqli cəzasını alacaqlar. 

"Cebheinfo.az" xəbər verir ki, bunu “Vahid Rusiya” partiyasının sədri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

"Hazırda Ukrayna bizim ərazimizdə terror aktı törədib. Cavab olaraq Rusiya Federasiyasının Prezidenti lazımı tapşırıqları verib. Onlar asanlıqla canlarını qurtara bilməyəcəklər. Törətdikləri əmələ görə cavab verəcəklər.

Bunu edənlər, o cümlədən Kiyev millətçi rejiminin rəhbərliyi üçün ən ağır nəticələrə səbəb olacaq”, - deyə MedvedYev Kursk vilayətinə yardım göstərilməsi ilə bağlı videokonfransda deyib.

Həsən Məmmədov 
"Cebheinofo.az"