Ərdoğan Netanyahunu qəssab adlandırdı

Ərdoğan Netanyahunu qəssab adlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunu sərt tənqid edib.

Cebhe.info xəbər verir ki, dövlət başçısı Netanyahunu “Qəzza qəssabı” adlandırıb.

Ərdoğan Qəzzadakı hücumlara görə bir daha İsrailə təpki göstərib:

“Qəzzalı qardaşlarımız 7 oktyabrdan bəri bəşər tarixinin ən xain hücumlarına məruz qalıblar. Onların məscidləri bombalanıb, məktəbləri xarabalığa çevrilib. Hətta sığındıqları qaçqın düşərgələri belə qəsdən hədəfə alınıb və yollarda qaçan dinc əhalinin üzərinə bombalar atılıb. Körpə uşaqlar vəhşicəsinə qətlə yetirilib. Atalar öz uşaqlarının parçalarını toplamağa məcbur qalıblar”.

Türkiyə Prezidentinin sözlərinə görə, İsrail qanun qarşısında cavab verməlidir:

“Qəzza əhalisi cəhənnəmi yaşayır. İsrail sözün əsl mənasında 2,3 milyon insana qarşı soyqırım törətdi. Onlar bəşər tarixində qara iz buraxan hər cür vəhşiliklər törətdilər. Təxminən 16 min qəzzalı qardaşımız şəhid oldu, 35 mindən çox fələstinli qardaşımız yaralandı. Buna görə İsrail qanun qarşısında cavab verəcək. 

Netanyahu artıq adını tarixə “Qəzza qəssabı” kimi yazdırıb. Küncə sıxışdırılan Netanyahunun çox qan tökməsinin qarşısı alınmalıdır. O, bütün yəhudilərin təhlükəsizliyini riskə atır”.

Elmir Mustafa
Cebhe.info