Ermənistan Ukrayna ilə bağlı bəyannaməyə veto qoydu

Ermənistan Ukrayna ilə bağlı bəyannaməyə veto qoydu

İsveçrədə sülh sammitinin yekunu üzrə bəyannamə imzalanıb

Bu haqda “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan başda olmaqla, Slovakiya, Cənubi Afrika və Hindistan kimi ölkələr bəyannaməni imzalamaqdan imtina ediblər.

Ümumilikdə isə sözügedən bəyannaməni sammitdə iştirak edən 101 nümayəndə heyətindən 84-ü dəstəkləyib.

İmzalayanlar arasında Türkiyə, İraq, İtaliya, Polşa, ABŞ, Serbiya və Macarıstan da var.

Sənəd layihəsində Zaporojye AES-in, Qara və Azov dənizlərində dəniz limanlarının istismarı, iki tərəf üçün də məhbusların azad edilməsi, nüvə silahından istifadə kimi məsələlər yer alıb. 

"Cebhe.info"