Ermənistan və Yunanıstan XİN rəhbərlərinin telefon danışığı olub

Ermənistan və Yunanıstan XİN rəhbərlərinin telefon danışığı olub

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla yunanıstanlı həmkarı Yorqos Herapetritis arasında telefon danışığı olub.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, XİN rəhbərləri ikitərəfli gündəmi təşkil edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı həmçinin, regional problemlər də nazirlərin diqqət mərkəzində olub.

"Cebhe.info"