Fransa səfiri Ermənistan-Azərbaycan sərhədinə gəldi

Fransa səfiri Ermənistan-Azərbaycan sərhədinə gəldi

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Azərbaycanla sərhəd zonasında yerləşən Tavuş vilayətinə səfər edib.

Səfiri Tavuş vilayəti qubernatorunun müavini Narek Quşçyan qəbul edib.

Məlumata görə, Qusçyan fransızları Tavuş vilayəti, regionun inkişafının prioritetləri ilə tanış edib, Fransanın müxtəlif strukturları və şəhərləri ilə əməkdaşlığa toxunub.

Tərəflər Tavuşla Fransanın O-de-Sen əyaləti arasında əməkdaşlıq, təhlükəsizlik məsələləri və müxtəlif sahələrdəki münasibətlərin genişləndirilməsinə toxunublar.

"Cebhe.info"