Fransadan 5 milyon avro dəstək

Fransadan 5 milyon avro dəstək

Fransa Xarici İşlər Nazirliyi UNRWA-ya 5 milyon avro yardım edəcəyini açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, Fransanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin qərargahında dünən UNRWA üçün keçirilən yardım konfransında 5 milyon avro yardım edəcəyini açıqlayıb.

Açıqlamada "Fransa Livan və Suriyadakı fələstinli mülki şəxslərə təcili ərzaq yardımı layihələri üçün UNRWA-ya əlavə 5 milyon avro yardım edəcək və UNRWA-ya dəstəyimizi 2024-cü ildə 38 milyon avroya çatdıracaq" ifadəsi işlədilib.

Xatırladaq ki, Fransa Xarici İşlər Nazirliyindən daha əvvəl verilən açıqlamada 2024-cü ilin ilk rübündə UNRWA-ya dəstək verilməyəcəyi bildirilmişdi.

Nigar Hacılı
"Cebhe.info"