Fransadan skandal qərar: Əlcəzairli imam...

Fransadan skandal qərar: Əlcəzairli imam...

Fransanın cənubundakı Tuluza şəhərində işləyən əlcəzairli imam Məhəmməd Tataiatın məmləkəti Əlcəzairə deportasiya edilib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin "X" hesabında paylaşım edib.

Onun sözlərinə görə, Tataiat insanları nifrətə sövq edib və məhkəmə tərəfindən cəzalandırılıb.

Xatırladaq ki, Tataiat 2017-ci ildə xütbə zamanı söylədiyi sözlərə görə yerli məhkəmə tərəfindən 2022-ci ildə 4 aylıq şərti həbs cəzasına məhkum edilmişdi.

Nigar Hacılı 
"Cebhe.info"