Gürcüstanda naməlum şəxs odlu silahla bankı qarətə cəhd edib

Gürcüstanda naməlum şəxs odlu silahla bankı qarətə cəhd edib

Gürcüstanda naməlum şəxs odlu silahla "Bank of Georgia"nın Kutaisidəki filialını qarət etməyə cəhd edib.

Modern.az xəbər verir ki, bu barədə "Mtavari archi" nəşri yazıb.

Hadisə bu gün günorta saatlarında Çavçavadze 37 ünvanında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, maskalı quldur işçiləri öldürməklə hədələyərək pul tələb edib. Həmin vaxt bankda qonaqlar olub.

Hücumu törədən şəxs qaçıb. İlkin məlumata görə, pul oğurlaya bilməyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Qulduru saxlamaq hələlik mümkün olmayıb.

"Cebhe.info"