Hakan Fidan dünya mediasında: ““Görünməz əl” səhnəyə çıxdı” 

Hakan Fidan dünya mediasında: ““Görünməz əl” səhnəyə çıxdı” 

Türkiyədə son prezident seçkilərindən sonra yeni hökumət üzvlərinin adları açıqlandı.

Adları açıqlananlar arasında dünya mediasının ən çox marağını çəkən isim keçmiş Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan olub.

Cebhe.info xəbər verir ki, dünya mediası Hakan Fidanın yeni vəzifəsini maraqlı başlıq menşet xəbəri verib. “Forbes” Hakan Fidan xəbərini “Türkiyənin kəşfiyyat şefi bir nömrəli diplomat oldu” başlığı ilə paylaşıb.

Ən çox diqqət çəkən isə “Görünməz əl” səhnəyə çıxdı” başlığı olub ki, bu başlıq bir çox dünya mediasının, o cümlədən sosial şəbəkə paylaşımlarının ən çox istifadə olunan ifadəsi olub.

Qeyd edək ki, Hakan Fidan yeni hökumətdə xarici işlər naziri postunu tutacaq.

Vilayət Muxtar
Cebhe.info