İbrahim Rəisinin dəfn mərasimi keçirilir

İbrahim Rəisinin dəfn mərasimi keçirilir

Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin Məşhəd şəhərində dəfn mərasimi başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, SNN telekanalı dəfn mərasimini canlı yayımlayır.

Cənubi Xorasan əyalətinin Bircend şəhərində keçirilən vida mərasimindən sonra İ.Rəisinin tabutu Məşhədə çatdırılıb.

IRNA-nın verdiyi məlumata görə, Məşhəd şəhərinin küçələrində 3 milyona yaxın insan toplaşıb.

"Cebhe.info"