İordaniya XİN: “Fələstinlilər öz torpaqlarına bağlıdırlar”

İordaniyanın xarici işlər naziri Ayman Safadi fələstinlilərin öz torpaqlarına bağlı olduqlarını və köçkün planları qarşısında torpaqlarını tərk etmək istəmədiklərini vurğulayıb.
"Cebheinfo.az" xəbər verir ki, Münxendə keçirilən 61-ci Münxen Təhlükəsizlik Konfransı (MSC 2025) çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə görüşündə Safadi, Qəzza zolağının yenidən qurulması ilə bağlı ərəb ölkələrinin məlum təklifləri üzərində işləndiyini bildirib.
"Fələstinlilər öz torpaqlarına bağlıdırlar. Onu tərk etmək istəmirlər. Onlar öz torpaqlarında sülh içində yaşamaq istəyirlər", - Safadi bildirib.
Ərəb ölkələrinin Qəzzanın yenidən qurulmasına töhfə verdiyini bildirən Səfadi münaqişənin qalıcı və ədalətli sülh yolu ilə həll edilməsinin lazım olduğunu, bunun işğala son qoyulması və Fələstin torpaqlarında müstəqil Fələstin dövlətinin qurulması ilə mümkün olacağını bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"