İran Ermənistanda daimi ticarət mərkəzi açır
Ermənistanın paytaxtı İrəvanda İran ticarət mərkəzi açılacaq.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, “Mehr” Agentliyinin məlumatına görə, bu, İranın xaricdəki ən böyük daimi ticarət mərkəzi olacaq. Ticarət Mərkəzi oktyabrın 1-də Ermənistanla İranın Ticarətin Təşviqi Təşkilatı arasındakı əməkdaşlıq çərçivəsində açılacaq.
İran Ticarət Mərkəzi İrəvanda 18 000 kvadratmetrdən çox torpaq sahəsində layihələndirilib. Mərkəzin 10 000 kvadratmetrlik sərgi sahəsinə müxtəlif sənaye sahələri üçün istifadə oluna bilən iclas otaqları, tədbirlər, konfranslar və festivallar üçün açıq yerlərlə təchiz olunmuş müxtəlif ölçülü 107 sərgi stendi daxildir.
“Mərkəz marketinq və tədqiqat xidmətlərinin göstərilməsi, Ermənistanın və Avrasiya İqtisadi İttifaqının (Aİİ) gəlirli bazarına daxil olmaq üçün strategiyalar təklif etməklə yanaşı, maliyyə köçürmələri, logistika, nəqliyyat, hüquqi məsləhət, vergi və gömrük xidmətlərinin göstərilməsi üçün lazımi zəmin hazırlayacaq”, - deyə məlumatda vurğulanıb.
"Cebheinfo.az"