İraqda Həşdi-Şabi qərargahına hücum edilib
İraqın mərkəzində yerləşən Babil vilayətində şiə milis güclərindən ibarət Həşdi-Şabi (Əl-Həşd əş-Şaabi) qərargahına hava hücumu təşkil edilib.
"Cebhe.info" xəbər verir ki, hücum zamanı Babil şəhərinin Əl-Museyyeb rayonunda yerləşən Kalso hərbi bazası hədəfə alınıb.
Hücumdan sonra bölgədə böyük yanğın baş verib.
Babil Təhlükəsizlik Komitəsinin açıqlamasına görə, partlayış bölgəsindəki yanğının böyüklüyünə silah-sursat deyil, bazanı əhatə edən ağacların yanması səbəb olub.
Səlahiyyətlilər hava hücumunu kimin həyata keçirdiyinin hələlik məlum olmadığını açıqlayıb. Hücumda ölən və yaralananların olmadığı da qeyd edilib.
Həşdi-Şabi hücuma görə ABŞ-ı günahlandırıb, ABŞ isə bunu təkzib edib.
Nigar Hacılı
"Cebhe.info"