İraqda partlayış: 6 nəfər həlak oldu

İraqda partlayış: 6 nəfər həlak oldu

İraqın Səlahəddin vilayətində yol kənarında olan partlayıcı qurğunun partlaması nəticəsində hərəkətdə olan avtomobildə olan 6 nəfər həyatını itirib.

"Cebhe.info" xəbər verir ki, İraqın Səlahəddin şəhərində Beyci-Tikrit yolunda quraşdırılan partlayıcı qurğu axşam saatlarında avtomobil keçərkən işə düşüb.

 Partlayışdan sonra avtomobildə olan 6 nəfərlik ailə həyatını itirdi.

Təhlükəsizlik mənbələri istintaqda bildiriblər ki, yol kənarındakı partlayıcı qurğu 2014-cü ildə İraqın böyük bir hissəsini işğal edən İŞİD tərəfindən geridə qalıb.

Nigar Hacılı 
"Cebhe.info"