İsrail Qəzzada sərhəd qapılarını yenidən bağlayıb

İsrail Qəzzada sərhəd qapılarını yenidən bağlayıb

İsrailin “Rəfah” və “Kerem Əbu Səlim” sərhəd-buraxılış məntəqələrini 13 gün müddətinə bağlaması, 3 min yardım maşınının Qəzzaya girməsinə mane olduğu bildirilib.

"Cebhe.info" xəbər verir ki, Qəzzada hökumətin Media Ofisindən verilən yazılı açıqlamada İsrailin “Rəfah” və “Kerem Əbu Səlim” sərhəd-buraxılış məntəqələrini bağlaması ilə Qəzzada, xüsusilə şimal bölgələrində aclığın yenidən başladığı bildirilib.

Məlumatda İsrailin iki sərhəd qapısını ardıcıl 13 gün bağlı saxlayaraq 3 min yardım maşınının Qəzzaya daxil olmasına mane olduğu, 690 xəstə və yaralının isə müalicə üçün xaricə getməsinin qarşısı alındığı bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"