İtaliya mafiyasının ən qanlı lideri öldü

İtaliya mafiyasının ən qanlı lideri öldü

İtaliyada uzun illər axtarışda olduqdan sonra yanvar ayında ələ keçirilən mütəşəkkil cinayətkar qruplaşmanın lideri Matteo Messina Denaro bu gün səhər saatlarında dünyasını dəyişib.

Cebhe.info xəbər verir ki, bu barədə İtaliyanın “ANSA” informasiya agentliyi məlumat yayıb.

Ölkənin cənubundakı Siciliya adasında fəaliyyət göstərən “Cosa Nostra” adlı mafiya qrupunun “böyük patronu” və planlayıcısı kimi tanınan Denaro kolon (insanlar arasında "yoğun bağırsaq") xərçəngindən Laquila şəhərindəki həbsxana xəstəxanasında həyatını itirdi.

Laquila bələdiyyə sədri Pierluigi Biondi sosial media hesabından verdiyi açıqlamada Denaronun ölümünü təsdiqlədi.

İtaliya mətbuatına sızan tibbi qeydlərdə Denaronun saxta adla 2020 və 2022-ci illərdə kolon xərçəngindən əməliyyat olunduğu bildirilirdi.

Xatırladaq ki, İtaliyanın ən çox axtarılan mafiya lideri Matteo Messina Denaro yanvar ayında Siciliya bölgəsinin paytaxtı Palermoda 30 il qaçdıqdan sonra müalicə almaq üçün getdiyi klinikada tutulmuşdu.

Nigar Hacılı
Cebhe.info