Kazem Cəlali Xovayevlə görüşdü

Kazem Cəlali Xovayevlə görüşdü

İranın Moskvadakı səfiri Kazem Cəlali Rusiyanın Azərbaycan-Ermənistan normallaşması üzrə xüsusi nümayəndəsi ilə görüşüb. 

Cebhe.info “Azad İran”- a istinadən xəbər verir ki, səfir Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə Rusiya XİN rəhbərliyinin nümayindəsi İqor Xovayevlə görüşüb. 

Məlumata görə, hər iki ölkənin diplomatı regionda baş verən son prosesləri müzakirə edib və regiondakı problemlərin həll üçün mexanizmlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıb. 

Qeyd edək ki, İran səfiri Kazem Cəlali “3+3” formatı çərçivəsində regionda etimadın möhkəmlənməsində, sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında və regional əlaqələrin normallaşmasında Rusiya və İranın mühüm rol oynadığını bildirib. 

Yunis Abdullayev 
Cebhe.info