Keçmiş prezidentlər Rəisi ilə vida mərasiminə getmədilər

İranın mərhum prezidenti İbrahim Rəisinin vida mərasimi ilə bağlı bir məqam olduqca diqqət çəkib.
“Cebhe.info” xəbər verir ki, İranın sabiq dövlət başçıları Rəisi ilə vida mərasimində iştirak etməyiblər. Belə ki, keçmiş prezidentlər Mahmud Əhmədinejad, Həsən Ruhani və Məhəmməd Hatəmi helikopter qəzasında həlak olmuş İbrahim Rəisi və yanındakı heyətinin vida mərasiminə qatılmayıblar. Onların bu addımı sosial şəbəkələrdə gündəm olub.
Elmir
“Cebhe.info”