Kiçik bankları gözləyən böyük təhlükə 

Kiçik bankları gözləyən böyük təhlükə 

ABŞ-ın maliyyə naziri Janet Yellen bank sistemindəki vəziyyətin sabitləşdiyini və atdıqları addımların digər bankların iflas riskini azaltdığını bildirib.

Yellen lazım gələrsə, ABŞ hökumətinin sərt addımlar ata biləcəyi mesajını verib.

Cebhe.info xəbər verir ki, Vaşinqtonda Amerika Bankirlər Assosiasiyasında çıxış edəcəyi gözlənilən Yellen böhranın kiçik bankları təhdid edəcəyi təqdirdə hökumətin əmanətçiləri qorumaq üçün müvafiq tədbirlər görüləcəyi ilə bağlı fikir səsləndirib. Daha əvvəl dərc edilmiş stenoqrama görə, Yellen qeyd edib ki, hökumətin son addımlarının əmanətçilərin əmanətlərini və bank sisteminin təhlükəsiz qalmasını təmin etmək üçün addımlar atmaq əzmini nümayiş etdirir.

Yellen "Müdaxiləmiz ABŞ bank sistemini qorumaq məqsədi daşıyırdı. Kiçikmiqyaslı banklardan yayılma riski yaradan depozitlərin çıxması halında hökumət də oxşar addımlar ata bilər",- deyib.

Qeyd edək ki, ABŞ rəsmiləri "Silicon Valley Bank" və "Signature Bank"ın iflasından sonra etimad yaratmaq üçün fövqəladə addımlar atdılar. Banklardan depozit axınının qarşısını almaq üçün atılan addımlardan sonra Xəzinədarlıq Nazirliyinin rəsmiləri orta və kiçik banklarda sabitliyin başladığını açıqlayıb.

Yellen "Vəziyyət stabilləşir və ABŞ bank sistemi möhkəm olaraq qalır. FED-in imkanları və endirim pəncərəsi kreditləri bank sisteminə likvidlik təmin etmək məqsədi daşıdığı şəkildə fəaliyyət göstərir. Regional banklardan kütləvi depozit axını stabilləşib".-deyib. Ehtiyatlı olmağa davam edəcəklərini deyən Yellen təhlükəsiz və sağlam bank sisteminin Amerika iqtisadiyyatının sağlamlığının ayrılmaz bir parçası olduğunu vurğulayıb.

Nigar
Cebhe.info