"Knauf" Rusiyadan gedir

"Knauf" Rusiyadan gedir

Almaniyanın tikinti materialları istehsalçısı "Knauf" Rusiya bazarını tərk etdiyini açıqlayıb.

Modern.az "Bild"ə istinadən xəbər verir ki, şirkət Rusiyada 30 ildən artıqdır, bütün ölkə ərazisində inşaat materialları zavodları və inşaatçılar üçün təlim mərkəzləri yaradaraq işləyir.

"Knauf" Rusiya Federasiyasında quru tikinti və daxili bəzək, istilik və səs izolyasiyası, tavan və divar modul konstruksiyaları üçün materiallar istehsal edir və satır. Şirkət Rusiya Federasiyasında gips bitirmə materiallarının ən böyük istehsalçısı idi.

“Mövcud hadisələrin fonunda "Knauf" 30 ildən artıq müddətdən sonra Rusiyadakı biznesi ilə yollarını ayırmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.

"Cebhe.info"