Kobaxidze: "Parlament seçkiləri əslində referendum olacaq"

Kobaxidze: "Parlament seçkiləri əslində referendum olacaq"

Gürcüstanın baş naziri İrakli Kobaxidze qarşıdan gələn parlament seçkiləri haqqında danışıb.

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

"Oktyabrın 26-da keçiriləcək seçkilər müharibə partiyası ilə sülh partiyası arasında bir növ referendum olacaq”, - o qeyd edib.

Xatırladaq ki, seçkilərdə əsas müxalifət partiyaları ölkənin Qərbə yönələn xarici siyasət kursunun davam etdirilməsi tərəfdarı kimi çıxış edirlər.

"Cebheinfo.az"