Kömür mədəninə silahlı basqın: 20 ölü

Kömür mədəninə silahlı basqın: 20 ölü

Pakistanın Bəlucistan əyalətinin Duki rayonunda kömür mədəninə edilən hücumda 4-ü əfqan olmaqla 20 mədənçi həyatını itirib, 7 mədənçi isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Duki rayonunda silahlı qrup kömür mədəninə hücum edib.

Hücum edənlərin mədənçiləri bir nöqtəyə yığaraq onlara atəş açması nəticəsində 4-ü əfqan olmaqla 20 mədənçi həyatını itirib, 7 mədənçi isə yaralanıb. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Hücum edilən kömür mədəninin sahibi Hacı Xeyrullah Nasir silahlı basqınçıların ətrafdakı ən azı 10 daha kömür mədəninə hücum etdiyini və kömür mədəninin maşınlarını yandırdığını bildirib.

İstintaq başlansa da, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Səlahiyyətlilərdən insidentlə bağlı məlumat alan Pakistanın Baş naziri Şahbaz Şərif hökumətin “terrorun bütün formaları” ilə mübarizədə qərarlı olduğunu bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"