Kuleba Blinkenlə görüşdü

Kuleba Blinkenlə görüşdü

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Bu barədə Kuleba özünün "X" hesabında yazıb.

O bildirib ki, görüşdə ən qısa zamanda Ukraynaya daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri və raketləri çatdırmaq üçün birgə qlobal səylər müzakirə olunub.

"Mən dövlət katibi Blinkenin lazımi qərarların qəbul edilməsində verdiyi dəstək səylərini yüksək qiymətləndirirəm. Hər ikimiz ABŞ Konqresinin Ukraynaya əlavə yardım paketini qəbul etməsinin təcili olduğunu vurğuladıq”, - Kuleba qeyd edib.

"Cebhe.info"