Müharibə başlayandan İLK

Müharibə başlayandan İLK

“Ukrayna müharibəni dayandırmaq üçün Rusiya ilə “rasional” danışıqlar aparmağa hazırdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinin xarici işlər naziri Vanq Yi ilə söhbətində bildirib.

“Ukrayna tərəfi Rusiya tərəfi ilə dialoq və danışıqlar aparmağa hazırdır.

Təbii ki, danışıqlar ədalətli və davamlı sülhə nail olmaq üçün rasional olmalı və praktiki əhəmiyyət kəsb etməlidir”, - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ukraynalı diplomatın sözlərini çatdırıb.

Vanq Yi cavab olaraq qeyd edib ki, həm Moskva, həm də Kiyev “müxtəlif dərəcələrdə” danışıqlara hazır olduqlarını bildiriblər.

"Bunun üçün şərait və imkanlar hələ yetişməsə də, biz sülhü təşviq edəcək bütün səyləri dəstəkləyirik və atəşkəs və danışıqların bərpası üçün konstruktiv rol oynamağa davam etməyə hazırıq", - çinli diplomat vurğulayıb.

Bir gün əvvəl Ukraynanın xarici işlər naziri müharibə başlayandan bəri ilk dəfə Çinə gəldi və 2022-ci ilin fevralından Pekinə səfər edən ən yüksək rütbəli Ukrayna rəsmisi oldu. Kuleba bildirib ki, səfərinin əsas məqsədi hərbi münaqişənin sülh yolu ilə həlli yollarını müzakirə etməkdir. 

“Reuters”in məlumatına görə, Kuleba ilə Vanq Yi arasında söhbət üç saatdan çox davam edib.

Xəzər
“Cebheinfo.az”