MDB-yə üzv ölkələrin hərbi istehkamçılarının toplanışı keçirilir

MDB-yə üzv ölkələrin hərbi istehkamçılarının toplanışı keçirilir

Belarusda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hərbi istehkamçılarının toplanışı keçirilir.

Bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantı zamanı MDB-yə üzv dövlətlərin Silahlı Qüvvələrinin humanitar minatəmizləmə üzrə müştərək mühəndislik bölməsi tərəfindən yerinə yetirilən tapşırıqların sırasına dair kompleks taktiki və xüsusi təlim keçiriləcək.

Toplantı iyunun 16-dan 21-dək Belarus Silahlı Qüvvələrinin minalardan təmizləmə mərkəzinin bazasında keçiriləcək.

"Cebhe.info"