Məşhur aktyor “Deha”da çəkiləcək

Türkiyənin “Show” telekanalının yeni başlayacaq serialı “Deha” sürpriz transfer edib.
“Cebhe.info” xəbər verir ki, məşhur aktyor Onur Saylak da ekran işində rol alacaq. O, layihədə “Sofi” adlı tarixçi obrazına həyat verəcək. Aras Bulut İynemlinin baş rolda oynayacağı “Deha” sentyabr ayında yayıma başlayacaq.
Qeyd edək ki, Onur Saylak “Asi”, “Gönülçelen”, “Vatanım Sensin”, “Çarpışma”, “Çukur”, “Kuzgun”, “Babil” kimi iddialı seriallarda rol alıb.
O, son olaraq “Gaddar” serialında canlandırdığı “Müdür” obrazı ilə milyonlarla tamaşaçının sevgisini qazanıb.
Elmir Mustafa
“Cebhe.info”