Mirziyoyev Tacikistana gedib

Mirziyoyev Tacikistana gedib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə bu ölkəyə dövlət səfərinə gedib.

Bu barədə "Kun.uz" məlumat yayıb.

Düşənbədə olma proqramına uyğun olaraq, ən yüksək səviyyədə danışıqlar, bir sıra ikitərəfli görüşlər və birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Danışıqlar nəticəsində müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə və inkişafına yönəlmiş sazişlər paketinin qəbul edilməsi planlaşdırılır.

"Cebhe.info"