Moskva birjasında dollar ucuzlaşıb

Moskva birjasında dollar ucuzlaşıb

Çərşənbə axşamı hərracların açılışı ilə Moskva birjasında dolların məzənnəsi bazar ertəsi gününün bağlanışı ilə müqayisədə 18 qəpik ucuzlşaraq 93,29  rubl təşkil edib.

"Cebhe.info" xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Qeyd edilib ki, avronun məzənnəsi 10 qəpik artaraq 99,4 rubl olub.

Yuan isə 0,05 qəpik bahalaşaraq 12,851 rubl olub.

Xatırladaq ki, günün məzənnəsində 1 manat 54,72 rubla təsadüf edir. 

Nigar Hacılı 
"Cebhe.info"