Moskvada həyəcan siqnalı: 2000 nəfər təxliyə edildi - VİDEO

Moskvada həyəcan siqnalı: 2000 nəfər təxliyə edildi - VİDEO

Rusiyanın paytaxtı Moskvada "Bolşoy Teatr"da tamaşa zamanı yalançı həyəcan təbili çalıb.

Bu barədə “MASH“ məlumat yayıb.

“Moskvada “Bolşoy Teatr”da tamaşa zamanı yanğın təhlükəsi ilə əlaqədar həyəcan təbili çalıb. 2000-ə yaxın insan binanı tərk edib”, - məlumatda deyilir.

Sonradan heç bir yanğın təhlükəsinin olmadığı müəyyən edilib. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Teatrın mətbuat xidmətindən bildiriblər ki, həyəcan siqnalları işə salındıqdan sonra tamaşa davam edib.

https://t.me/bakupost/14171

"Cebhe.info"