Müxalifətin lideri mitinqdə döyülüb - FOTO

Müxalifətin lideri mitinqdə döyülüb -  FOTO

Müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının rəhbəri Levan Xabeişvili ölkənin paytaxtı Tbilisidə xarici agentlərlə bağlı qanun layihəsinə qarşı keçirilən mitinqi dağıdan polis tərəfindən döyülüb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari Arxi" televiziyası məlumat yayıb. 

Televiziya kanalı siyasətçinin burnunun sındığını, sağ gözündəki şişi və üzündəki qan izlərini əks etdirən fotonu dərc edib.

Nigar Hacılı 
"Cebhe.info"